Tbilisi kəskin qarışdı - MSK-nın qarşısında etirazçılar su şırnağı ilə dağıdılır: Yaralılar var
09.11.2020 01:20
295
Siyasət
A
Tbilisi kəskin qarışdı - MSK-nın qarşısında etirazçılar su şırnağı ilə dağıdılır: Yaralılar var
Xəbər verdiyimiz, kimi hazırda Tbilisidə MSK binasının qarşısında gərgin formada davam edən etiraz aksiyasında hüquq mühafizə orqanları aksiyaçıları dağıtmaq üçün su şırnağından istifadə etməyə başlayıb. Aktual.ge xəbər verir ki, hazırda Tbilisidə MSK binasının qarşısında gərgin anlar yaşanır. Belə ki, MSK binasını mühasirəyə alan xüsusi təyinatlılar aksiyaçıları ərazidən uzaqlaşdırmaq üçün ikinci dəfə su şırnağı sistemini işə salıb. Hazırda bir neçə nəfərin yaralandığı öyrənilib. Əldə olan məlumata görə, yaralılar arasında "Tvpirveli"nin operatorunun olduğuda Qeyd edək ki, bundan əvvəl daxili işlər nazirinin müavini Kaxa Sabanadze qeyd etmişdi ki, qanuna görə, ehtiyac olduqda polis su şırnağından istifadə etmək hüququna malikdir.
ŞƏRH YAZ
9