Yol-nəqliyyat hadisəsi üç gəncin həyatına son qoydu
15.06.2025 02:22
1005
Hadisə
A
Yol-nəqliyyat hadisəsi üç gəncin həyatına son qoydu

Qonioda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç gənc dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

Aktual.ge xəbər verir ki, yaralılar təcili tibbi yardım briqadası tərəfindən Batumi Tibb Mərkəzinə çatdırılıb.

Məumata görə, qəza zamanı iki minik avtomobili toqquşub. Daha sonra həmin avtomobillərdən biri yük maşını ilə də toqquşub.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub, istintaq tədbirləri aparılır.

ŞƏRH YAZ
12