Azərbaycan xalqı Milli Qurtuluş gününü qeyd edir
15.06.2025 21:47
266
Mədəniyyət
A
Azərbaycan xalqı Milli Qurtuluş gününü qeyd edir

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Aktual.ge xəbər verir ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Beləliklə, bu mühüm tarixi gün Azərbaycan xalqın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Azərbaycan xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrın 29-da imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

ŞƏRH YAZ
7