
Kateqoriyalar
16-17 iyun tarixlərində Qərbi Gürcüstanın bəzi rayonlarında güclü yağış və şimşək, Şərqi Gürcüstanın ayrı-ayrı rayonlarında isə dolu yağması proqnoz edilir.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühit üzrə Milli Agentlik yayıb.
Məlumata görə, qərb istiqamətindən güclü külək əsəcək.
“Mövcud yağıntılar Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpə və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə məlumatda qeyd olunub.