İsrail-İran müharibəsi Gürcüstanı təhdid edir, miqrant axını, neft böhranı | Analitik vəziyyəti belə şərh etdi
17.06.2025 09:22
1766
Maraqlı
A
İsrail-İran müharibəsi Gürcüstanı təhdid edir, miqrant axını, neft böhranı | Analitik vəziyyəti belə şərh etdi

Əhali İranı tərk etməyə başlasa, miqrasiya dalğasının hansı istiqamətə yönələcəyi çətin proqnozlaşdırılandır. Həmin axının bir hissəsi Gürcüstana da yönələ bilər

Aktual.ge xəbər verir ki, bu fikirləri analitik Zurab Batiaşvili söyləyib. 

O, qeyd edib ki, Gürcüstan Təhlükəsizlik Şurası artıq təhlükəsizlik və miqrasiya axınlarının idarə olunması üçün zəruri olan planı hazırlamalı və ona uyğun hərəkət etməlidir. 

İsrail-İran müharibəsini şərh edən analitik baş verən hadisələrin Gürcüstana həm birbaşa, həm də dolayı təsirləri ola biləcəyini hesab edir.

"Xüsusilə, bir tərəfdən, münaqişənin davam etməsi və dərinləşməsi fonunda dünya bazarında neftin qiymətinin artması Gürcüstana da təsir edəcək. Digər tərəfdən isə, İran vətəndaşlarının mümkün miqrasiyası Gürcüstan üçün çağırışdır.

İsrail-İran münaqişəsinə tərəflər uzun müddətdir hazırlaşır, ona görə də bu qısa müddətdə başa çatmayacaq. Gürcüstana təsiri isə həm dolayı, həm də birbaşa ola bilər. Dolayı təsir odur ki, əgər İran Fars körfəzini bağlasa və dünya bazarında neftin qiyməti artsa, bu Gürcüstana da təsir edəcək. Birbaşa təsir isə o halda ola bilər ki, İsrail İranın neft emalı infrastrukturlarını və İran iqtisadiyyatının dayağı olan sahələri bombalasa və nəticədə əhali ölkəni tərk etməyə başla. Belə bir vəziyyətdə miqrasiya dalğasının hansı istiqamətə yönələcəyi çətindir. Eləcə də, bu axında nə qədər insanın ola biləcəyini proqnozlaşdırmaq çətindir, çünki İranın əhalisi 93 milyon nəfərdir.

Bu vəziyyətdə siyasi ölçü də mövcuddur – ötən il bu vaxtlar hamımız xatırlayırıq ki, Kobaxidze Tehranda səfərdə idi. O, parlamentdə o mərasimdə iştirak edirdi ki, orada terror təşkilatlarının nümayəndələri də var idi. O zaman İran parlamentində səsləndirilən 'İsrailə ölüm, Amerikaya ölüm' kimi şüarları da unutmamışıq. İsrail elə ölkə deyil ki, onun əleyhinə təşkil olunan tədbirdə kimlərin iştirak etdiyini unutsun” , – deyə Zurab Batiaşvili qeyd edib.

Analitikin fikrincə, mövcud vəziyyətdə Gürcüstan Təhlükəsizlik Şurasının artıq təhlükəsizlik və miqrasiya axınlarının idarə olunması üçün lazımi planı olmalıdır.

“Bunun üçün konkret mexanizmlər olmalıdır – məsələn, Təhlükəsizlik Şurası indidən hazırlamalıdır ki, hansı böhran vəziyyətində dövlət nə etməlidir. Plan mövcud olmalıdır, lakin şübhə edirəm ki, 'Gürcü Arzusu'nun Təhlükəsizlik Şurası belə bir plan üzərində işləyir. Onlar məsələn, təhlükəsizliklə bağlı qiymətləndirmə sənədi belə hazırlamayıblar, halbuki bu cür məsələlər həmin sənəddə öz əksini tapmalıdır. Ona görə də deyəndə ki, 'Gürcü Arzusu' institutları fəaliyyətsiz buraxıb, bunu da nəzərdə tuturuq. Risklər öncədən müvafiq qurumlar tərəfindən qiymətləndirilməlidir. Qaçqın axını məsələsi ilə bağlı isə həm kəşfiyyat məlumatları, həm Daxili İşlər Nazirliyi, həm Səhiyyə və Xarici İşlər nazirlikləri və digər orqanlar daxil edilməlidir. Amma 'Gürcü Arzusu'nun hakimiyyəti dövründə dövlət real institutlarsız qalıb.

Bəziləri düşünə bilər ki, sərhədi bağlayacağıq və məsələ bununla bitəcək. Amma sərhədi bağlamaq bu qədər asan deyil və çətindir. İran mənşəli miqrasiya dalğasının qarşısının alınması əsasən quru sərhədlərlə bağlıdır. Bizdə az sayda sərhədçi var ki, qaçqın axınının nəzarətsiz daxil olmasının qarşısını ala bilsin. Çataev və digər hallarda Gürcüstan sərhədinin necə keçildiyini, heç kimin bunu fərq etmədiyini gördük. Təəssüf ki, bu gün belə bir reallıqla üz-üzəyik – sərhədlərə nəzarət, demək olar ki, itirilib. 'Gürcü Arzusu' isə yalnız Xüsusi Tapşırıqlar Departamentini gücləndirir, onun funksiyası isə sadəcə tələbələri Rustavelidə döyməkdir. Onların düşüncəsində təhlükə yalnız Rustavelidədir, halbuki real təhlükə xaricdən gəlir. Ölkə daxilində isə siyasi proses normal dövlətlərdəki kimi davam etməlidir” ,  - deyə  o, BPN-ə müsahibəsində söyləyib.

ŞƏRH YAZ
12