UID Tbilisidə gəncləri Qurban bayramı süfrəsində bir araya toplayıb
17.06.2025 11:19
305
Mədəniyyət
A
UID Tbilisidə gəncləri Qurban bayramı süfrəsində bir araya toplayıb

UID (Beynəlxalq Demokratlar İttifaqı) Gürcüstan nümayəndəliyi Qurban bayramı münasibətilə Tbilisidəki bir sıra universitetlərin tələbələri üçün bayram süfrəsi təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə platformanın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, təxminən 30 nəfərin iştirak etdiyi bu isti görüş birliyin və həmrəyliyin önəmini xatırladıb.

"UID Gürcüstan olaraq Qurban Bayramı münasibətilə mənalı bir tədbir həyata keçirdik. Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan, fərqli millətlərdən olan gənc qardaş-bacılarımızı eyni süfrə ətrafında bir araya gətirdik.
Qadınlar Şöbəmizin, Gənclər Şöbəmizin və idarə heyəti üzvlərimizin iştirakı ilə hazırlanmış qovurma və plov təqdimatı ilə bayramın bərəkətini və coşqusunu birlikdə yenidən yaşadıq.

Tədbir zamanı gənclərlə səmimi söhbətlər aparıldı, ingilis və türk dillərində çıxışlarla UID Gənclik Şurasının fəaliyyəti paylaşıldı" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0