Oyuncaq sandılar, körpə çıxdı | Marneulidə sarsıdıcı hadisə - VİDEO
18.06.2025 00:36
1492
Kriminal
A
Oyuncaq sandılar, körpə çıxdı | Marneulidə sarsıdıcı hadisə - VİDEO

Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisindəki su kanalında bu gün günorta saatlarında körpə uşağın meyiti tapılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, nə də kənd sakinləri bu barədə məlumatlarının olmadığını söyləyirlər.

"Uşaqlar çöldə idilər və kanalda nəsə olduğunu görüblər. Əvvəlcə onun oyuncaq olduğunu düşünüblər, lakin yaxınlaşdıqda bunun yeni doğulmuş körpə olduğunu anlayıb, dərhal polisə xəbər verdilər. Polis hadisə yerinə gələrək ərazini xüsusi lentlə mühasirəyə aldı. Daha sonra ekspertlər gəldi və körpə təxminən 15 dəqiqə əvvəl ərazidən aprıldı. Hadisənin səbəbi hələlik məlum deyil",  - yerli sakinlərdən biri Aktual.ge-yə bildirib.

"Yaxınımın 40 mərasimində idim. Çıxanda gördüm ki, ərazi sarı lent mühasirəyə alınıb. Maraqlanıb yaxınlaşdım ki, görüm nə baş verib. Dedilər ki, kanalda yeni doğulmuş körpə tapılıb, hətta göbək ciyəsi də üstündə olub. Heç kəsi yaxın buraxmadılar. Səbəb hələ məlum deyil. Bu körpə atan şəxs mütləq cəzalandırılmalıdır" , - yerlilərdən biri söyləyib.

Daxli işlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin (ehtiyatsızlıqdan ölmə, ölümə səbəb olma) 116-cı maddəsi ilə başlanılıb.

ŞƏRH YAZ
11