Professor Fatma Hacıyeva İtaliyada keçirilən beynəlxalq konfransda Aşıq Ələsgər irsinin tibbi aspektlərini təqdim edib
20.06.2025 22:14
585
Mədəniyyət
A
Professor Fatma Hacıyeva İtaliyada keçirilən beynəlxalq konfransda Aşıq Ələsgər irsinin tibbi aspektlərini təqdim edib

Yaxın günlərdə Borçalı bölgəsindən olan tibb elmləri doktoru, professor Fatma Rasim qızı Hacıyeva İtaliyada keçirilən “Genitaly-2025” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Aktual.ge xəbər verir ki, tədbir mamalıq və ginekologiya sahəsinə həsr olunmuş və dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssisləri bir araya gətirib.

Professor Fatma Hacıyeva konfrans çərçivəsində həmkarlarını “Aşıq Ələsgər yaradıcılığında qadın obrazının tibbi-bədii interpretasiyası” adlı tədqiqat işi ilə tanış edib. O, Aşıq Ələsgər irsini yalnız ədəbi deyil, eyni zamanda elmi kontekstdə də qiymətləndirərək, qadın gözəlliyinin və sağlamlığının bədii təsvirlərini tibbi baxımdan təhlil edib.

Konfrans iştirakçıları arasında olan bəzi mama-ginekoloqlar Fatma Hacıyevanın təqdim etdiyi qeyri-adi yanaşmanı maraqla qarşılayıblar. Tədqiqatda bədii nümunələrə bir həkim gözü ilə yanaşma, onların tibbi aspektlərinin analizi və əldə edilən nəticələr müzakirə olunub.

Fatma Hacıyevanın bu işinə həm ədəbiyyata olan dərin maraq, həm də qadın sağlamlığı üzrə peşəkar fəaliyyəti zəmin yaradıb. Konfransda milli-mənəvi dəyərimiz olan Aşıq Ələsgər irsinin elmin müxtəlif sahələrinə təsirindən bəhs olunması da xüsusi qeyd olunub.

ŞƏRH YAZ
6