Marneulidə Azərbaycan Dövlət bayraq günü və Şuşanın qurtuluşu qeyd olunur - FOTO/VİDEO
09.11.2020 14:12
1401
Mədəniyyət
A
Marneulidə Azərbaycan Dövlət bayraq günü və Şuşanın qurtuluşu qeyd olunur - FOTO/VİDEO
Kvemo Kartli bölgəsinin Marneuli rayonunda Şuşanın işğaldan azad olunması və Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunan şənlik keçirilib. Aktual.ge xəbər verir ki, mərasim Marneuli sakinləri tərəfindən təşkil olunub. Mərasimdə çıxış edən Marneuli axundu Hacı Hacıyev Azərbaycanın Dövlət bayrağı günü münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edib. H.Hacıyev həmçinin Şuşanın işğaldan qurtuluşu münasibətilədə təbrik sözlərini dilə gətirib. O, daha sonra Azərbaycanın haqlı mübarizəsindən və şəhidliyin uca bir zirvə olduğunu ifadə edib. Gürcüstan, Azərbaycan və Türkiyə bayrağının dalğalandığı tədbir iştirakçılarına Azərbaycan milli musiqi və mahnılarından ibarət kiçik konsert proqramı təqdim edilib və şirniyyat süfrəsi açılıb.
ŞƏRH YAZ
3