
Qlobal bazarda son ticarət nəticəsində WTI markalı xam neftin beynəlxalq istinad qiyməti 73.84 dollar olaraq müəyyən edilib ki, bu da 0.46%-lik artımı göstərir. Brent markalı neftin qiymətində isə azalma qeydə alınıb – konkret olaraq, bir barelin qiyməti 2.33% azalaraq 77.01 dollar olub.
Aktual.ge xəbər verir ki, İsrail və İran arasındakı gərginliyin fonunda son bir həftədə dünya bazarlarında neftin qiymətində artım müşahidə olunur. Trading Economics yazır ki, mövcud qarşıdurma investorlar arasında münaqişənin daha da dərinləşəcəyi ilə bağlı gözləntiləri artırıb. Xüsusilə, İranın qlobal neft daşımalarının kritik nöqtəsi sayılan Hörmüz boğazına strateji nəzarəti bu narahatlığı gücləndirir.
Hazırda qlobal bazarlardakı bu dəyişikliklər Gürcüstana təsir etməyib. Son günlər ərzində Gürcüstanda yanacağın qiyməti dəyişməz qalıb.
Aktual.ge hazırda müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın nə qədər olduğunu təqdim edir:
Socar:
Nano Super – 3.40 lari
Nano Premium – 2.95 lari
Nano Euro Regular – 2.75 lari
Euro 5 Dizel – 2.77 lari
Nano Euro 5 Dizel – 2.89 lari
Gulf:
G-Force Super – 3.37 lari
G-Force Premium – 2.97 lari
G-Force Euro Regular – 2.87 lari
Euro Regular – 2.77 lari
G-Force Euro Dizel – 2.93 lari
Rompetrol:
Efix Super – 3.45 lari
Efix Euro Premium – 3.03 lari
Euro Regular – 2.77 lari
Efix Euro Dizel – 2.96 lari
Euro Dizel – 2.86 lari
Wissol:
Eko Super – 3.39 lari
Eko Premium – 2.97 lari
Euro Regular – 2.79 lari
Euro Dizel – 2.83 lari
Eko Dizel – 2.91 lari
Dizel Energy – 2.78 lari
Portal:
Super – 2.99 lari
Premium – 2.74 lari
Euro Regular – 2.54 lari
Euro Dizel – 2.74 lari