23.06.2025 11:01
1208
Siyasət
A
"İranlı İvanişvili – yəni Ayətullah Xamenei, bu gün İranda baş verənlərin məsuliyyətini daşıyan şəxsdir" | Xabeişvili

"İranlı Bidzina İvanişvili – yəni Ayətullah Xamenei, bu gün İranda baş verənlərin məsuliyyətini daşıyan şəxsdir və Amerika Birləşmiş Ştatları tərəfindən mühakimə olundu. Artıq 30 ildən çoxdur ki, Ayətullah öz xalqını güllələyir, işgəncə verir, əzir. O, öz ətrafını zənginləşdirmək naminə iranlı xalqı və İranın – əslində çox zəngin potensiala sahib olan – inkişaf imkanlarını onilliklər geriyə atıb".

Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif "Vahid Milli Hərəkat" partiyasının aparıcı simalarından biri Levan Xabeişvili sosial şəbəkə hesabında yazıb.

"Onun və Bidzina İvanişvilinin məqsədləri, münasibətləri, baxışları eynidir – elə buna görə də İrakli Kobaxidze 'fərəhlə' o zalda iştirak edirdi ki, orada ən yüksək səslə 'Amerikaya ölüm! İsrailə ölüm!' deyə qışqırırdılar. Məhz bu insanlar İvanişvilinin və onun rejiminin tərəfdaşı, dostu və həmfikridir...

Vaxt çatıb ki, iranlı xalq qatil və işgənəçi rejimdən azad olsun və eyni zamanda, dünya sülhünü təhdid edən “nüvə təhlükəsi” – İvanişvilinin dostu Ayətullah və onun rejimi tərəfindən yaradılan təhlükə – məhv edilsin" , - o, qeyd edib. 

ŞƏRH YAZ
19