Kallas: Gürcüstan düzgün yolda deyil, sanksiyalar gündəmə gələcək
23.06.2025 12:10
288
Dünya
A
Kallas: Gürcüstan düzgün yolda deyil, sanksiyalar gündəmə gələcək

“Biz bu gün Gürcüstan məsələsini də müzakirə edəcəyik, ölkədə vəziyyət pisləşir. Gürcüstanda zorakılıq törədən və insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalar məsələsini yenidən gündəmə gətirəcəyəm”. 

Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstan düzgün yolda deyil.

“Biz həmçinin müzakirə edəcəyik ki, daha nə edə bilərik, çünki Gürcüstan düzgün yolda deyil” , – deyə Kaya Kallas əlavə edib.

ŞƏRH YAZ
0