Baş nazir sərt sözlərlə Aİ səfirini tənqid etdi
23.06.2025 12:39
305
Siyasət
A
Baş nazir sərt sözlərlə Aİ səfirini tənqid etdi

“Herçinski faciəvi bir fiqurdur, ona səfir kimi işləməyə imkan vermirlər”.

Aktual.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu sözlərlə “Xalqın Gücü” hərəkatının Gürcüstandakı Avropa İttifaqının səfiri Pavel Hertşinski ilə bağlı müvafiq bəyanatına münasibət bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan hökuməti Herçinski ilə də birtərəfli dostluq rejimini davam etdirir və bu rejim davam edəcək.

“Herçinski faciəvi şəxsdir, ona səfir kimi işləməyə imkan verilmir – bu, mənim açıq qiymətləndirməmdir. Ona Gürcüstanda demokratik seçkilərə müdaxilə etməyə məcbur etdilər, o isə açıq şəkildə cəmiyyət qarşısında mövqeyini ifadə etdi. Cəmiyyəti mövcud hökumətin əleyhinə səs verməyə çağırdı. O, faciəvi fiqurdur. Bu insana səfir kimi işləməyə imkan vermirlər. Biz cənab Herçinski ilə də birtərəfli dostluq rejimində qalırıq və bu rejim davam edəcək” , – deyə İrakli Kobaxidze qeyd edib.

Xatırladaq ki, “Xalqın Gücü” hərəkatı Gürcüstandakı Aİ səfiri Pavel Herçinskinin “Batumelebi” qəzetinə verdiyi müsahibəyə reaksiya olaraq bəyanat yayıb.

Partiyanın qiymətləndirməsinə görə, Aİ səfiri Pavel Herçinski “Dərin dövlət”in – yəni “qlobal müharibə partiyasının” nümayəndəsidir və onun əsas məqsədi suveren ölkənin suveren hökumətinə problemlər yaratmaq və həmin “Dərin dövlət”in – yəni “qlobal müharibə partiyasının” agentlərini hakimiyyətə qaytarmağa yardım etməkdir.

“Xalqın Gücü”nün bəyanatında qeyd olunur ki, Pavel Herçinski “Gürcüstanda fəaliyyət göstərən, xaricdən idarə olunan və maliyyələşdirilən müxalifətin bir hissəsidir. Onun diplomatiya ilə heç bir əlaqəsi yoxdur və öz fəaliyyət və bəyanatları ilə təyinat aldığı gündən səfirin səlahiyyət və hüquqlarını aşmışdır.”

ŞƏRH YAZ
17