
Gürcüstan Parlamenti Giorgi Qvarakidzeni Baş Prokuror vəzifəsinə seçib.
Aktual.ge xəbər verir ki, onun namizədliyi Parlamentin plenar iclasında səsverməyə çıxarıldı və Giorgi Qvarakidzenin lehinə 83 deputat səs verib, əleyhinə isə heç kim çıxmayıb.
Bu gün Giorgi Qvarakidze Hüquqi Məsələlər Komitəsinin iclasında da dinlənildi. O, prioritetlər, çağırışlar və planları haqqında danışdı.
Prokurorluq Şurası onu Baş Prokuror vəzifəsinə namizəd kimi 18 iyun tarixində səs çoxluğu ilə seçmişdi.
Yeni Baş prokuror seçildikdən sonra jurnalistlərə açıqlamasında kəskin fikirlərdə səsləndirib.
" [Müxalifətçi siyasətçilər] nümayişkaranə şəkildə qanuna əməl etməkdən imtina etdilər, bu isə mənim fikrimcə, ədalətsizdir – qanun qarşısında hər bir insan bərabərdir, siyasi və ya digər baxışlarından asılı olmayaraq" , - söyləyib.