Atəşkəs xaosa çevrilmək üzrədir | İsrailin addımı Trampı özündən çıxardı
24.06.2025 15:27
875
Dünya
A
Atəşkəs xaosa çevrilmək üzrədir | İsrailin addımı Trampı özündən çıxardı

İran ilə İsrail arasındakı atəşkəsin qeyri-müəyyənliyi davam edərkən, ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəsi pozduğunu bildirib, hər iki ölkədən narazı olduğunu vurğulayıb. 

Aktual.ge xəbər verir ki, Tramp İsraildən havada olan hərbi pilotların geri çağırılmasını tələb edib.

"İsrail, İrana o bombaları atma, atsan bu böyük bir pozuntu olar, pilotlarını dərhal geri çağır" ,- deyə Tramp İsrailə çağırış edib.

İsrail və İranın atəşkəsi pozduğunu bildirən Tramp deyib: "Hər iki ölkədən də razı deyiləm".

Qeyd edək ki, ABŞ lideri tərəfləri atəşkəs razılığına gəldiyini açıqlamasından sonra İsrail və İran atəşkəsi qəbul etdiklərini bildiriblər, lakin bir neçə saat sonra İranın İsrailin Hayfa şəhərini vurduğu iddia edildi, İsrail ordusu isə vətəndaşlara "Sığınacaqlara gedin" xəbərdarlığı edib və ballistik raketlə edilən hücum Dəmir Qübbə sistemi tərəfindən zərərsizləşdirilyi açıqlanıb, İran isə bu hücum iddialarını rədd edərək raket atılmadığını bildirib.

 

İsrail Müdafiə Naziri Israel Katz Orduya Tehranın mərkəzini vurmağa göstəriş verdiyini bəyan edib.

"İsrail Müdafiə Qüvvələrinə, İranın atəşkəsi pozmasına qarşı Tehranın mərkəzindəki rejim hədəflərinə güclü zərbələrlə cavab vermək əmri verdim” , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
13