Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizlik Xidmətinə birləşdiriləcək
24.06.2025 15:30
237
Siyasət
A
Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizlik Xidmətinə birləşdiriləcək

Gürcüstanda təhlükəsizlik sisteminin islahatı çərçivəsində Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinə inteqrasiya olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili parlamentdə 2024-cü il üzrə fəaliyyət hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, bu dəyişiklik təhlükəsizlik sistemində konsolidasiyanın dərinləşdirilməsinə, eləcə də koordinasiya və effektivliyin artırılmasına xidmət edəcək.

“Belə bir model NATO və ya Aİ-yə üzv bir sıra ölkələrdə də mövcuddur – məsələn, Avstriya, Türkiyə, Kanada, Litva, Yunanıstan, Slovakiya, Sloveniya və Xorvatiyada”, – deyə Oxanaşvili bildirib.

ŞƏRH YAZ
8