
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsini Mariam Kvrivişvili tutacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Hökumət başçısının sözlərinə görə, Mariam Kvrivişvili indiyədək iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb və burada turizm və aviasiya kimi sahələrə böyük uğurla rəhbərlik edib.
“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsini Mariam Kvrivişvili tutacaq. Onu hər kəs tanıyır, ona görə də xüsusi təqdimata ehtiyac yoxdur. Bildiyiniz kimi, Mariam Kvrivişvili hakim partiyanın siyasi şurasının üzvüdür. İndiyədək o, iqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərirdi və turizm və aviasiya sahələrində böyük uğur əldə etmişdi. Bu gündən onun fəaliyyət dairəsi daha da genişlənir və əminəm ki, nazir vəzifəsində də o, indiyə qədər olduğu kimi uğurlu olacaq. Mariam Kvrivişviliyə bu vəzifədə uğurlar arzu edirəm,” – deyə İrakli Kobaxidze bildirib.