
Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığı barədə bəyanatlar eşidirik.
Aktual.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bildirib.
O, əlavə edib ki, böyük dövlətlərin maraqları var və buna görə də Gürcüstan öz milli maraqlarını qorumaq üçün düzgün və praqmatik siyasət aparmalıdır.
Kaladze vurğulayıb ki, Gürcüstanın NATO-ya inteqrasiya kursu hələ də hökumətin gündəliyindədir, lakin alyans bu məsələyə artıq fərqli yanaşır. Gürcüstan beynəlxalq hərbi missiyalarda fəal iştirak edən və etibarlı tərəfdaş olduğunu sübut edən ölkələrdəndir.
"Gürcüstan hökuməti bu illər ərzində NATO ilə əməkdaşlıq istiqamətində hər şeyi edib, edir və gələcəkdə də edəcək. Biz NATO-nun üzvü olmadan da beynəlxalq hərbi missiyalarda ən çox iştirak edən ölkələrdən biri olmuşuq. Biz sözlə deyil, əməllə sübut etmişik ki, Gürcüstan etibarlı tərəfdaşdır", – deyə Kaladze bildirib.