Çoxmənzilli binada baş verən yanğında 1 nəfər ölüb
25.06.2025 11:46
340
Hadisə
A
Çoxmənzilli binada baş verən yanğında 1 nəfər ölüb

Zuqdididə çoxmənzilli binadakı mənzillərdən birində baş verən yanğın bir nəfərin həyatına son qoyub.

Aktual.ge xəbər verir ki, evdə olan yaşlı qadın, tüstüdən boğularaq həyatını itirib.

Yerli sakinlərin bildirdiyinə görə, ailənin daha bir üzvünün vəziyyəti ağırdır.

Onların sözlərinə görə, həmin şəxs Zuqdidi xəstəxanasından Kutaisiyə – Qərbi Gürcüstanın Fövqəladə Hallar Mərkəzinə aparılıb.

Hadisə yerində bir neçə yanğınsöndürmə-xilasetmə briqadası işləyir. Yanğının səbəbi hələlik məlum deyil.

Mənbə: İPN

ŞƏRH YAZ
11