Bu gün Marneulidə
26.06.2025 13:44
828
Din
A
Bu gün Marneulidə "Ya Hüseyn" karvanı hərəkət edəcək

Bu gün saat 16:00-da Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə.s) Məscidinin qarşısından İmam Hüseyn (ə.s) karvanı yola düşəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Məscid tərəfindən məlumat verilib.

Bildirilib ki, "Ya Hüseyn" karvanının hərəkatı Məscidin qarşısından başlayacaq, Marneulinin mərkəzi meydanı, ardından ətraf kəndləri istiqamətində yürüş edəcək, daha sonra isə bələdiyyənin bir çox kəndlərini dolaşaraq, yenidən İmam Əli (ə.s) Məscidinin qarşısında sona çatacaq.

“Məqsədimiz Məhərrəm ayının gəlişi ilə bağlı əhalini məlumatlandırmaqdır” , – məlumatda deyilir.

Qeyd edək ki, Məhərrəm ayı iyun ayının 27-də başlayır, Tasua günü iyulun 5-nə, Aşura günü isə iyulun 6-na yad ediləcək. 

ŞƏRH YAZ
4