Ağır yol qəzası: 2 ölü
27.06.2025 10:58
1086
Hadisə
A
Ağır yol qəzası: 2 ölü

Zestafoni bələdiyyəsində baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində meydana gəlib.

Yayılan məlumata görə, Tvrini-Alaverdi yolunda baş verən qəza nəticəsində ata və oğul həlak olub, avtomobildə olan qadın sərnişin isə klinikaya aparılıb.

Həmçinin, qəza zamanı iştirak edən digər avtomobilin sürücüsü yüngül xəsarətlər alıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi istintaqa başlayıb.

ŞƏRH YAZ
19