
Xaragauli bələdiyyəsinin kəndlərində sürüşmə prosesləri aktivləşib – Gverk və Xemagali kəndlərindən əhalinin təxliyəsi zəruri olub.
Aktual.ge xəbər verir ki, Xaraqauli meriyasının məlumatına əsasən, sürüşmə proseslərini ətraflı öyrənmək məqsədilə ərazidə geoloqlardan ibarət qrup işləyir, mütəxəssislər sürüşmənin səbəblərini müəyyənləşdirirlər və bundan sonra mümkün risklər barədə proqnoz veriləcək.
Mövcud məlumata görə, sürüşmə proseslərinin inkişafı həm yaşayış evlərinə ciddi ziyan vurub, həm də avtomobil yollarının müəyyən hissələrini və kənd təsərrüfatı sahələrini zədələyib.
Bu gün həmin kəndlərə İmereti bölgəsinin qubernatornun birinci müavini Mamuka Ximşiaşvili, Xaraqauli meri Koba Lursmananeşvili və yerli hakimiyyətin digər nümayəndələri olublar.