GAİM-də tədris ilinin yekun tədbiri keçirilib - FOTO
29.06.2025 00:17
390
Mədəniyyət
A
GAİM-də tədris ilinin yekun tədbiri keçirilib - FOTO

Bu gün Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 2024-2025-ci tədris ilinin yekun tədbiri baş tutub.

Aktual.ge xəbər verir ki, tədbirin açılışını GAİM-in icraçı direktoru Murad Muradov edib. O, çıxışında təhsilin gənclərin gələcəyindəki roluna diqqət çəkərək, il ərzində mərkəzin təşkil etdiyi təhsil, idman və fərdi inkişaf proqramlarında əldə olunan nailiyyətlərdən söz açıb. Eyni zamanda, tədbir zamanı GAİM-in yeni rəsmi internet saytı – gaim.ge təqdim olunub.

Tədbirdə gimnastika kursunun şagirdləri maraqlı çıxışlarla səhnəyə çıxaraq tədbirə rəng qatıblar. Mərkəzin fəaliyyətində fəal iştirak edən könüllülər təşəkkürnamələrlə təltif olunub.

Gənc istedad Rəsul Xəlilov öz bəstələdiyi rep mahnısı ilə çıxış edərək iştirakçıların böyük maraq və alqışını qazanıb. Ardınca güləş üzrə məşğələlərin iştirakçıları texniki nümunələr nümayiş etdirərək öz bacarıqlarını sərgiləyiblər.

Mərkəzin gimnastı və Enquri ansamblının rəqqasəsi Alisa Krivosheeva “Jeirani” rəqsi ilə səhnəyə xüsusi rəng qatıb. Cüdo üzrə məşğələ iştirakçıları da səhnədə çeviklik və istedadlarını nümayiş etdiriblər.

Tədbirin sonunda Məktəbəqədər hazırlıq kursunun kiçik məzunları üçün məzun günü qeyd olunub. Balacalara diplomlar və hədiyyələr təqdim edilib.

ŞƏRH YAZ
11