Ağır yol qəzası: 1 ölü, 2 yaralı
29.06.2025 12:40
890
Hadisə
A
Ağır yol qəzası: 1 ölü, 2 yaralı

Kaxetidə baş vermiş yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.

Aktual.ge xəbər verir ki, qəza hadisəsi Dedoplistskaro bələdiyyəsində baş verib.

Mövcud məlumata görə, Zemo Kedi kəndindən Şiraqi istiqamətində hərəkət edən minik avtomobili traktorla toqquşub. Nəticədə avtomobilin sürücüsü həyatını itirib, traktorun içində olan ata və oğlu isə xəsarət alıblar.

DİN hadisə ilə bağlı araşdırmalara başlayıb.

ŞƏRH YAZ
19