
Tbilisidə qətl hadisəsi baş verib. Qətldə təqsirləndirilən şəxs saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan bildirib ki, Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1963-cü il təvəllüdlü Z.M.-ni qəsdən adam öldürməkdə ittiham edərək saxlayıblar.
Cinayəti törədən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
“İstintaqla müəyyən edilib ki, cari ilin 29 iyun tarixində, Tbilisidə təqsirləndirilən şəxs Z.M. qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 1986-cı il təvəllüdlü G.B.-ni yaralayıb və hadisə yerindən qaçıb. G.B. aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M.-ni hadisədən dərhal sonra saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da qəsdən adam öldürmə cinayətini nəzərdə tutur”, – məlumatda qeyd olunub.