Baş nazir: Seçkilərdə istər heç bir partiya iştirak etməsin, biz qalib gələcəyik
04.07.2025 00:57
498
Siyasət
A
Baş nazir: Seçkilərdə istər heç bir partiya iştirak etməsin, biz qalib gələcəyik

"Biz istənilən halda bütün bələdiyyələrdə seçkiləri qazanacağıq, müxalifətin nə edəcəyi isə yalnız onların qərarıdır və bu, bizi ümumiyyətlə maraqlandırmır".

Aktual.ge xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalının efirində qonaq olarkən dilə gətirib.

Onun sözlərinə görə, yerli özünüidarəetmə seçkilərinin legitimliyinə hansı partiyaların iştirak edəcəyi heç bir təsir göstərmir.

"Yerli özünüidarəetmə seçkiləri klassik siyasi seçkilər sayılmır, buna görə də legitimlik məsələsi ümumiyyətlə gündəmdə deyil. Rəqabətə gəlincə, bu bizim üçün fərq etmir – istənilən halda biz 64 bələdiyyənin hər birində həm meri, həm də bələdiyyə şurasını qazanacağıq, konfiqurasiyanın heç bir əhəmiyyəti yoxdur. İstər dörd partiya iştirak etsin, istər iki, üç, bir, ya da heç biri iştirak etməsin – yenə də biz 64 bələdiyyənin hamısında həm meri, həm də şura üzvlərini qazanacağıq.

Bizim reytinqimiz, hətta parlament seçkilərindəki reytinqlə müqayisədə belə artıb, bunu sosioloji araşdırmalar göstərir. Buna əsasən, biz bütün bələdiyyələrdə istənilən halda qalib gələcəyik. Müxalifət nə edəcək – bu onların qərarıdır və bizi ümumiyyətlə maraqlandırmır", – deyə Baş nazir qeyd edib.

ŞƏRH YAZ
26