“Bizim ana dilində təhsillə bağlı problemimiz var, bunu danmaq olmaz! İran Azərbaycanında özünü türk adlandıranlara xor baxmaq cinayətdir. Onların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa ad qoymaq saxtakarlıqdır, bu uydurma adlar qəbuledilməzdir”.
Aktual.ge xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkyan deyib.
“Türkcə təhsil həm İranın milli öhdəliyidir, həm də beynəlxalq hüquqlardan irəli gəlir. Milyonlarla türkün ana dili olduğu üçün biz bu məsələyə xüsusi yanaşmalıyıq” , - ölkə başçısı əlavə edib.
Prezident eyni zamanda Şəhriyar nümunəsi ilə türkcənin İranda əzəli yerini xatırladıb:
“Şəhriyar türkcə danışıb, türkcə yazıb. Bu dildə şeir deyəndə əsəbiləşmək, nifrət göstərmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən parlaq ulduzudur. Türk, ərəb və digər dillər bizim zənginliyimizdir. Son 12 günlük müharibə göstərdi ki, İranın ən böyük sərvəti onun milli birliyidir. Xalqın özünü ifadəsi onun təbii haqqıdır!”
Mənbə: Musavat