
2025-ci ilin 1 iyunundan 30 iyun tarixinə qədər nəqliyyat vasitələrinin emissiyalarının müəyyən olunmuş norma ilə uyğunsuzluğu ilə bağlı 475 fakt aşkarlanıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti yayıb.
Departamentin məlumatına əsasən, ən çox qanun pozuntusu Tbilisidə (215 hal) qeydə alınıb. Ardınca Kutaisidə 99, Batumidə 91 və Rustavidə 70 hal aşkarlanıb.
“475 hüquq pozuntusundan 415-i fiziki şəxslər tərəfindən qeydə alınıb, 60 halda isə Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları hüquqi şəxsləri cərimələyib. Qeyd etmək lazımdır ki, 270 hüquq pozuntusu minik avtomobillərinin, 185-i mikroavtobusların, 19-u yük avtomobillərinin, 1-i isə avtobus sürücüləri və ya sahibləri tərəfindən törədilib,” – deyə departamentin məlumatında bildirilir.
2025-ci ilin birinci yarısına gəldikdə isə, cari ilin 6 ayı ərzində Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları avtomobil nəqliyyatı vasitələrinin emissiyalarının norma ilə uyğunsuzluğu ilə bağlı ümumilikdə 2 415 fakt aşkarlayıblar.