Türkiyə lideri Azərbaycana gəlib
04.07.2025 12:52
206
Dünya
A
Türkiyə lideri Azərbaycana gəlib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına gəlib.

Aktual.ge xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə liderinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

ŞƏRH YAZ
4