
Kateqoriyalar
5 iyul tarixində günorta saatlarında Şərqi Gürcüstanın əksər hissəsində və Qərbi Gürcüstanın dağlıq bölgələrində qısamüddətli, bəzi yerlərdə isə güclü yağış, şimşək, küləyin güclənməsi və Şərqi Gürcüstanda dolu gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Milli Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, proqnozlaşdırılan yağıntılar ölkənin çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda sel hadisələrinin baş verməsinə, habelə təpəlik və dağlıq ərazilərdə sürüşmə və palçıq axınlarının yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Bildirilir ki, bu riskin səviyyəsi orta dərəcədə qiymətləndirilir.