Kvemo Kartlidə qanunsuz süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
04.07.2025 17:22
654
Siyasət
A
Kvemo Kartlidə qanunsuz süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

Qida Təhlükəsizliyi Milli Agentliyinin Kvemo Kartli regional idarəsinin inspektorları Qardabani bələdiyyəsinin Kumisi kəndində qeydiyyatsız süd məhsullarının emalı müəssisəsi aşkarlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Milli Agentliyi yayıb.

Agentliyin məlumatına görə, müəssisədən böyük miqdarda palma yağı və 40 kisə süd tozu götürülüb. Sahibkar qanunvericiliyə uyğun olaraq cərimələnib və müəssisənin istehsal prosesi dayandırılıb.

Fərdi sahibkar İ.S. südün emalı və pendir istehsalı fəaliyyətini İqtisadi Fəaliyyətlərin Reyestrində qeydiyyatdan keçmədən və Agentliyin müvafiq tanınması olmadan həyata keçirirmiş. Eyni zamanda, yoxlama zamanı bir sıra ciddi uyğunsuzluqlar aşkar edilib. İnspektorlar tərəfindən hazır məhsullar (kərə yağı, sulquni pendiri), çoxlu miqdarda palma yağı və 40 kisə süd tozu götürülərək möhürlənib. Sahibkar qanunvericiliyə uyğun olaraq cərimələnib və müəssisənin fəaliyyəti dayandırılıb.

Qida Təhlükəsizliyi Milli Agentliyinin yoxlama qrupları qeydiyyatsız süd emalı müəssisələrinin aşkarlanması məqsədilə ölkə üzrə nəzarət tədbirlərini aktiv şəkildə davam etdirirlər. Bu ilin əvvəlindən agentlik tərəfindən ümumilikdə 29 qanunsuz müəssisə aşkarlanıb, onlardan 18-i Kvemo Kartli bölgəsində yerləşir.

ŞƏRH YAZ
2