Marneuli bazarında genişmiqyaslı ehsan paylanılıb - VİDEO
04.07.2025 19:04
285
Din
A
Marneuli bazarında genişmiqyaslı ehsan paylanılıb - VİDEO

Bu gün səhər saatlarında Marneuli mərkəzi bazarında Məhərrəm ayının 8-ci günü münasibətilə genişmiqyaslı ehsan paylanılıb.

Məhərrəm ayı ilə bağlı təşkil olunan bu xeyriyyə aksiyası Marneuli İmam Əli Xeyriyyə Fondu və Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin təşkilatçılığı, eləcə də xeyirsevər insanların dəstəyi ilə həyata keçirilib.

Tədbir çərçivəsində 1000-dən çox şişə çəkilmiş toyuq kababı ehsan olaraq əhaliyə təqdim olunub. Bundan əlavə, salat, çörək, su, şirniyyat və meyvə şirələri də paylanılıb.

Ehsan aksiyası zamanı izdiham müşahidə olunub və tədbir yerli sakinlər tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

İmam Əli Xeyriyyə Fondunun rəhbəri Hacı Amil Xəlilov bildirib ki, Məhərrəm ayının 8-ci günü münasibətilə Marneuli bazarında genişmiqyaslı ehsan paylanması artıq bir ənənəyə çevrilib və bu təşəbbüs 2014-cü ildən etibarən davam etdirilir.

Daha ətraflı video xəbəri təqdim edirik:

ŞƏRH YAZ
0