UFC döyüşçüsü Nazim Sadıxov Tbilisidə gənc idmançılarla görüşüb
05.07.2025 18:28
403
İdman
A
UFC döyüşçüsü Nazim Sadıxov Tbilisidə gənc idmançılarla görüşüb

İyunun 23-də Bakıda keçirilən “UFC Fight Night” turnirində rəqibini nokautla məğlub edərək çempion titulunu qazanan azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov paytaxt Tbilisidə azərbaycanlı və gürcü gənc idmançılarla görüş keçirib.

Aktual.ge xəbər verir ki, tədbir yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyevin təşəbbüsü ilə təşkil olunub.

Alim Nəbiyev bildirib ki, görüşün əsas məqsədi gənclər arasında idmana marağın artırılması, onları qarşıdakı yarışlara ruhlandırmaq və dəstək göstərməkdir. Onun sözlərinə görə, belə təşəbbüslər həm idmançılar arasında həmrəyliyi gücləndirir, həm də yeni nəsil üçün örnək yaradır.

Tədbir çərçivəsində Nazim Sadıxov gənclərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və şəxsi təcrübəsini bölüşüb.

Görüş zamanı birgə məşq təlimi keçirilib, fərqlənən gənc idmançılara dəbilqə və müxtəlif idman aksesuarları təqdim olunub.

Qeyd edək ki, Nazim Sadıxov hazırda UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir.

ŞƏRH YAZ
2