Əhali aksiyaların davam etməsini dəstəkləyir | SORĞU
06.07.2025 11:43
1989
Siyasət
A
Əhali aksiyaların davam etməsini dəstəkləyir | SORĞU

“Sosial Tədqiqatlar və Təhlil İnstitutu”nun (ISSA) araşdırmasına əsasən, Gürcüstan əhalisinin əksəriyyəti (53%) hakimiyyətə qarşı yönəlmiş etirazların davam etdirilməsini dəstəkləyir, respondentlərin üçdə biri (32%) isə bu məsələdə qətiyyətlidir.

Aktual.ge xəbər verir ki, bu ilin 5–20 may tarixləri arasında keçirilmiş bu kəmiyyət xarakterli araşdırma Gürcüstanın yetkin yaşlı əhalisindən 2000 respondent əsasında aparılıb.

Araşdırmaya görə, regionlarda etirazların davam etdirilməsini dəstəkləyənlərin faizi (46.5%) əleyhdarların faizini (36.5%) üstələyir. Lakin etirazlara qəti şəkildə tərəfdar olanlarla qəti əleyhdar olanların faizi təxminən eynidir.

Sorğu üz-üzə müsahibə üsulu ilə gerçəkləştirilib. Bildirilib ki, sorğunun yanılma payı ±2.2% olaraq müəyyənləşdirilib və nəticələr 95%-lik etibarlılıqla təqdim edilib. Məlumatların çəkilənməsi zamanı demoqrafik dəyişənlər (cins, yaş, təhsil səviyyəsi, regionlar, şəhər/kənd) və 2024-cü il parlament seçkilərinin nəticələri nəzərə alınıb. Tədqiqat ISSA tərəfindən ABŞ-ın Rosner Research LLC təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

ŞƏRH YAZ
3