Dəmyə-Gorarxı kəndində İmam Hüseyn (ə) adına ehsan süfrəsi açılıb - FOTO
06.07.2025 12:25
411
Siyasət
A
Dəmyə-Gorarxı kəndində İmam Hüseyn (ə) adına ehsan süfrəsi açılıb - FOTO

Marneuli bələdiyyəsinin Dəmyə-Gorarxı kənd sakinlərinin təşəbbüsü ilə İmam Hüseyn (ə) və Kərbəla şəhidləri adına ehsan süfrəsi açılıb.
 

Aktual.ge xəbər verir ki, məclis yerli əhalinin iştirakı ilə baş tutub. Mərasimdə İmamcümə Seyyid Mirismail Əsədov çıxış edərək (ə) Kərbəla vaqiəsindən öyrəniləcək dərsələrdən və o, həzrətin müsəlmanlara qoyub getdiyi dəyərlər dolusu unikal mirasdan danışıb.

İmamın hansı dəyərlərin dirçəlişi uğurunda canını fəda etdiyi xüsusi vurğulanıb. Ehsan süfərisinin sonunda mərasimin təşkilatçılarına təşəkkür edilib və xeyir-dualarla məclis sona yetib.

ŞƏRH YAZ
0