
Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində izdihamlı Aşura mərasimi keçirilib.
Səhər saatlarında kənddə yerləşən İmam Həsən əleyhissalam məscidinə üz tutan kütlə, İslam Peyğəmbəri Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin əziz xatirəsini yad edərək sinə vurub, göz yaşı töküb və dualar ediblər.
Burada çıxış edən ilahiyyatçı Hacı Əli Əliyev müsəlmanları birliyə, həmrəyliyə və əxlaqi dəyərlərdən danışıb.
Ardınca çıxış edən din xadimi Hacı Qurban Murquzov Aşura gününün mahiyyəti və Kərbəla hadisələri barədə geniş məlumat verib.
Mərasimdə həmçinin Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş mərsiyələr oxunub.
Mərasimin sonunda ölkə və dünya müsəlmanları üçün dualar edilib.
Daha ətraflı video xəbəri təqdim edirik: