
Kateqoriyalar
Bu gün Aşura münasibətilə Marneuli şəhərinin Şərifov Bakinski küçəsində 450 nəfərlik ehsan süfrəsi açılıb.
Aktual.ge xəbər verir ki, təşkil olunan İmam Hüseyn (ə) ehsanı yerli sakinlərin təşəbbüsü ilə keçirilib.
Ehsan mərasimində şəhər sakinləri, rühanilər və qonaqlar iştirak ediblər.
Marneuli Bələdiyyə Məclisinin üzvü Ramal Əhmədov bildirib: "Bu ilkdir ki, Şərifov Bakinski küçəsinin sakinləri tərəfindən belə geniş ehsan süfrəsi təşkil olunur, önümüzdəki illərdə daha da böyük olacaqdır. Hər kəsin əzadarlığı qəbul olsun".