
Kateqoriyalar
Dumanisi sakini, 4 aylıq Özləm Kazımova ağır sağlamlıq problemi ilə üz-üzədir. Körpənin ödündə 16 mm ölçüsündə popil aşkarlanıb və bu ciddi fəsadlara yol aça bilər.
Aktual.ge xəbər verir ki, Türkiyədəki həkimlər tərəfindən qoyulan diaqnoza əsasən, Özləm təcili əməliyyat olunmalıdır. Əks halda, uşaqda hepatit və digər ağırlaşmalar inkişaf edə bilər.
Əməliyyatın ümumi dəyəri 5.000 ABŞ dollarıdır. Ailə artıq bu məbləğin 2.000 dollarını borc və kredit yolu ilə toplayıb. Lakin hələ də 3.000 dollar çatmır. Bu məbləğin iyulun 8-nə qədər toplanması vacibdir ki, körpə vaxtında əməliyyat oluna bilsin və sağlamlığına qovuşsun.
Kömək etmək istəyən şəxslər üçün bank hesabı:
GE89BG0000000101128692 – Babek Kazımov adına.
Əlaqə nömrəsi: 591951810.