Yeniyetməyə qarşı zorakılıq faktı ilə 9 nəfər saxlanılıb - VIDEO
08.07.2025 12:33
598
Siyasət
A
Yeniyetməyə qarşı zorakılıq faktı ilə 9 nəfər saxlanılıb - VIDEO

Tbilisidə yetkinlik yaşına çatmayan şəxsə qarşı fiziki və psixoloji zorakılıq edilib, bədəninin müxtəlif nahiyələrinə soyuq silahla xəsarət yetirilib və bu hadisə mobil telefonla videoya çəkilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı 9 nəfər saxlanılıb. Onların arasında 1995-2011-ci il təvəllüdlü şəxslər var.

Hadisə əvvəlki münaqişə zəminində baş verib. Zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxs aldadılaraq tərk edilmiş binaya aparılıb və orada qrup halında döyülüb, təhqir olunub və videoya çəkilib.

Aktual.ge ətraflı süjeti təqdim edir:

ŞƏRH YAZ
2