Acara hökumətinin özünə qəsd edən keçmiş sədrinin vəziyyəti stabil-ağırdır
08.07.2025 15:45
490
Siyasət
A
Acara hökumətinin özünə qəsd edən keçmiş sədrinin vəziyyəti stabil-ağırdır

Acara Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadzenin səhhəti hazırkı mərhələdə stabil-ağır olaraq qalır.

Aktual.ge xəbər verir ki, bu barədə Birinci Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.

"Onun ümumi vəziyyəti hazırkı mərhələdə stabil-ağır olaraq qalır. Bütün istiqamətlər üzrə həkim və mütəxəssislərlə məsləhətləşmələr və müayinələr aparılır", - o qeyd edib.

Qeyd edək ki, T.Rijvadze iyulun 7-də güllə yarası ilə Saqareco rayonunda (Kaxeti bölgəsi) yerləşən klinikaya çatdırılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə araşdırma başlanıb.

ŞƏRH YAZ
10