İyulun 9-dan 11-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış və şimşəkli hava şəraiti gözlənilir.Bəzi bölgələrdə dolu düşməsi ehtimalı da var.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Bildirilib ki, İmereti, Sameqrelo və Şida Kartli bölgələrində ara-sıra şərq istiqamətli güclü külək əsəcək. Tbilisi şəhərində də qısamüddətli yağış və şimşək müşahidə oluna bilər. Gündüz saatlarında hava temperaturu +32...+36° olacaq.
Kvemo Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə qısa müddətli zəif yağış və şimşək gözlənilir. Qori və Tsxinvalidə şərq istiqamətli güclü külək əsəcək. Şida Kartlidə hava temperaturu +34...+36°, Kvemo Kartlidə isə +37...+39° olacaq.
Acara bölgəsi:
Batumi, Kobuleti, Anaklia və Potidə hava əsasən yağıntısız keçəcək. Günorta saatlarında temperatur +32...+35° arasında dəyişəcək.