Kateqoriyalar
2025-ci ilin ilk 5 ayında ümumi mənzil alışlarında İsrail vətəndaşlarının payı 11% təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə "Galt & Taggart" araşdırma platforması Tbilisidəki yaşayış daşınmaz əmlak bazarına dair icmalında qeyd olunub.
Qeyd olunub ki, bu ilin iyun ayında sistemli inşaat şirkətləri arasında sorğu keçirilib. Sorğu Tbilisidə 135-dən çox yaşayış layihəsini (ümumi ilkin bazarın təxminən 45%-ni) əhatə edib. Tədqiqat göstərir ki, bu 5 ayda satılan mənzillərin 77%-i Gürcüstan vətəndaşlarının payına düşüb.
Bununla yanaşı, Tbilisidə əcnəbilər arasında ən çox mənzil alanlar İsrail (11%) və Rusiya (2%) vətəndaşları olub.