İş adamının avtomobili gülləbaran edilib
09.07.2025 11:39
1679
Kriminal
A
İş adamının avtomobili gülləbaran edilib

Qoridə biznesmenin avtomobili gülləbaran edilib – silahlı hücum dəmir yolu qəsəbəsində bir neçə gün əvvəl gecə saatlarında baş verib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hücum edənlərin hədəfi “Jini” supermarketlər şəbəkəsinin sahibi olub.

İş adamının avtomobilinə həyətində 10-a yaxın güllə atılıb.

Atışma zamanı 20 yaşlı bir gənc yaralanıb, lakin onun şəxsiyyəti hələlik məlum deyil. Yaralı əvvəlcə ağır vəziyyətdə Qori Hərbi Hospitalına aparılıb, daha sonra həkimlərin qərarı ilə Tbilisidəki klinikalardan birinə köçürülüb. Hazırda yaralı həkimlərin nəzarəti altındadır.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 236-cı (qanunsuz silah saxlama və ya daşıma) maddələri ilə istintaqa başlayıb. Hazırda araşdırmalar davam edir.

ŞƏRH YAZ
12