DİN narkotik cinayətləri ilə bağlı 34 nəfəri saxlayıb
09.07.2025 12:35
685
Siyasət
A
DİN narkotik cinayətləri ilə bağlı 34 nəfəri saxlayıb

Narkotik cinayətləri ilə bağlı 34 nəfəri saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir Gela Geladze məlumat verib.

Geladzenin sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Həmçinin onların şəxsi və yaşayış yerlərində aparılan axtarışlar nəticəsində böyük miqdarda narkotik vasitələr – heroin, kokain, metadon, alfa-PVP, subokson müsadirə olunub.

Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
1