Sosial şəbəkələrdə şaftalının boyanmasını əks etdirən görüntülər yayılıb.
Aktual.ge xəbər verir ki, faktla bağlı Qida Təhlükəsizliyi Milli Agentliyi açıqlama verib və bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
“Sosial şəbəkələrdə yayılan şaftalının boyanmaı faktını əks etdirən videomaterialla bağlı Qida Təhlükəsizliyi Milli Agentliyi bildirir ki, bu, qidanın qəsdən çirkləndirilməsi halıdır. Bu cür hallar dərhal reaksiya tələb edir və buna görə də agentlik artıq müvafiq hüquq-mühafizə orqanlarına yazılı şəkildə müraciət edib.
Qida Təhlükəsizliyi Milli Agentliyi istehlak bazarında yerləşdirilən meyvə və tərəvəzi daim yoxlayır, monitorinqlər aparılır və nümunələr müxtəlif göstəricilər (pestisidlər, ağır metallar, radionuklidlər) üzrə analiz üçün götürülür. Laboratoriya tədqiqatlarının nəticələri və aşkar olunan uyğunsuzluqlar barədə məlumatlar ictimaiyyətə açıqlanır və agentliyin rəsmi saytında da əlçatandır”- deyə məlumatda qeyd olunub.