24 yaşlı gənc bıçaqlanıb
09.07.2025 14:02
794
Siyasət
A
24 yaşlı gənc bıçaqlanıb

Batumidə baş verən insident zamanı bir nəfər bıçaqla yaralanıb. 

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Məlumata görə, hadisə ilə bağlı 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.

Polis cinayətin törədilməsində istifadə olunan bıçaqı maddi sübut kimi götürüb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zəminində yaranmış qarşıdurma zamanı 2001-ci il təvəllüdlü L.Ç.-ni soyuq silahla yaralayıb. Hadisədən sonra o, hadisə yerindən qaçmağa çalışsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yaralanan şəxs xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır.

ŞƏRH YAZ
8