Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Əbu-Dabidə bir araya gəlib.
Aktual.ge xəbər verir ki, Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryanın verdiyi məlumata görə, görüş iki ölkə arasında sülh prosesi çərçivəsində keçirilir və artıq başlayıb.
Görüşdə hər iki tərəfdən hökumətin yüksək vəzifəli nümayəndələri iştirak edirlər. Ermənistan nümayəndə heyətinə Xarici İşlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Baş nazirin müavini və sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryan, eləcə də parlament sədrinin müavini və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan daxildir.
Azərbaycan nümayəndə heyətində isə Xarici İşlər naziri Ceyhun Bayramov, Baş nazirin müavini və sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri Şahin Mustafayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov yer alır.