11.07.2025 00:00
1475
Siyasət
A
"Aktual.ge"nin məlumatına görə, "Gürcü Arzusu" Marneulidə majoritar dairələrə yenə onların namizədliyini təqdim edəcək

Yaxınlaşan yerli özünüidarəetmə seçkiləri ilə bağlı "Gürcü Arzusu" partiyası artıq daxildə hazırlıqlara start verib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, Marneulidə Bələdiyyə Məclisinə üzvlük uğrunda mübarizəyə yenidən hazırkı şəhər majoritar deputatları qoşulacaq.

Belə ki, mövcud majoritarlardan Anar Piriyev, Tariyel Məmmədov, Vasil Xaxulaşvili və Qızılhacılı üzrə Ceyhun Çovdarov yenə mandat uğrunda mübarizə aparacaq.

Mövcud məlumata görə, "Gürcü Arzusu" Marneuli Bələdiyyə Məclisinə namizəd kimi kəndlər üzrə də əsasən hazırkı nümayəndələrə üstünlük verməyi planlaşdırır, lakin bir neçə nəfər istisna olmaqla.

Qeyd edək ki, yerli özünüidarəetmə seçkiləri oktyabr ayının 4-də keçiriləcək. "Lelo" və "Qaxaria Gürcüstan naminə" partiyaları istisna olmaqla, digər partiyalar seçkiləri boykot etdiklərini açıqlayıb və iştirak etməyəcəklərini bildiriblər.

ŞƏRH YAZ
24