Kateqoriyalar
"Lelo/Güclü Gürcüstan" partiyasının Marneuli qərargahında xüsusi brifinq keçirilib.
Brifinqdə koalisiyanın Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev, siyasi şuranın üzvü Lana Qaldava və partiyanın digər üzvləri iştirak ediblər.
Aqil Mustafayev Marneulidəki tərəfdarlarına "Lelo – Güclü Gürcüstan" partiyasının yerli özünüidarəetmə seçkilərində iştirak edəcəyini elan edib.
"Aktual.ge" xəbər portalının əməkdaşının “Seçkilərdə mer vəzifəsinə namizədliyinizi irəli sürəcəksinizmi?” sualına isə Aqil Mustafayev, hələ bu barədə qərar verilmədiyini bildirib.
Qeyd edək ki, hazırda partiyanın liderləri Mamuka Xazaradze və Badri Japaridze, eləcə də fəallar Vepxia Kasradze və Vasil Kadzelaşvili həbsdədirlər.
Daha ətraflı video xəbəri təqdim edirik: