Ev heyvanlarını tərk etmək qadağan edilir | Yeni qanunun detalları
11.07.2025 11:12
627
Maraqlı
A
Ev heyvanlarını tərk etmək qadağan edilir | Yeni qanunun detalları

Gürcüstan Parlamentinin qəbul etdiyi qanuna əsasən, ev heyvanlarının tərk edilməsi qadağan edilir və bununla bağlı xüsusi qaydalar müəyyənləşdirilir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumat Parlamentin rəsmi saytında dərc olunub.

Heyvanların tərk edilməsi ilə bağlı bu qanun aşağıdakı 3 bəndi nəzərdə tutur:

  1. Heyvanın tərk edilməsi qadağandır, yalnız bu qanunla müəyyən edilmiş hallarda – heyvana lazımi qulluq və sahiblik imkanlarının və/və ya sahib ilə heyvanın birgə yaşamasının obyektiv səbəblərlə mümkünsüz olduğu hallar istisna təşkil edir;

  2. Bu maddənin birinci bəndində nəzərdə tutulan hallar baş verdikdə, heyvan sahibi müəyyən bir müddət ərzində heyvana yeni bir sahib tapmalıdır. Əgər yeni sahib tapmaq mümkün olmazsa, heyvan qanunun 18-ci maddəsində göstərilən tədbirlərin həyata keçirilməsi üçün sığınacağa təhvil verilməlidir;

  3. Heyvana yeni sahib tapıldıqda, bu şəxsin vahid məlumat bazasında qeydiyyata alınması məcburidir.

Parlamentin qəbul etdiyi "Ev Heyvanları haqqında" qanunun 5-ci maddəsi – tərk etmə ilə bağlı olan hissəsi – 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

ŞƏRH YAZ
4